Paşinyan qəzəbləndi, zalı tərk etdi: Bu gün Ermənistan parlamentində nə baş verib?


Bu gün Ermənistan parlamentində gələn ilin büdcə layihəsinin müzakirəsi davam etməli idi.

Turkustan.az Ermənistan mətbuatına istinadla bildirir ki, müzakirələrdə Nikol Paşinyan və hökumət üzvləri də iştirak etməli idilər.

Amma qəribə də olsa, “Mülkü Müqavilə” üzvlərinin çoxu müzakirələrə qatılmayıb. Cəmi 46 deputat qeydiyyatdan keçib, kvorum olmadığı üçün sessiya baş tutmayıb.

Bundan sonra Paşinyan qəzəbli halda zalı tərk edib.

Ermənistan Milli Assambleyası işini davam etdirmək üçün ikinci cəhddə kvorumu təmin etməyə nail olub./publika.az


MANŞET XƏBƏRLƏRİ