ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) oktyabr və noyabr aylarında Suriyada terror təşkilatı İŞİD-ə qarşı 22-dən çox əməliyyata dəstək verib.
Turkustan.az xəbər verir ki, CENTCOM-dan verilən yazılı açıqlamada, 1 oktyabr - 6 noyabr tarixləri arasında Birləşmiş Müştərək İşgüzar Qüvvələr - Inherent Resolve əməliyyatı ilə Suriyadakı yerli tərəfdaşları arasında aparılan əməliyyatlarda məsləhət, dəstək və yardım göstərildiyi bildirilib.
Açıqlamada bildirilib ki, əməliyyatlar nəticəsində 5 İŞİD üzvü zərərsizləşdirilib, 19-u isə əsir götürülüb.
Şərhlərinə yer verilən CENTCOM komandiri admiral Bred Kuper, "Suriyadakı İŞİD təhlükəsi ilə mübarizədə əldə edilən bu uğur əhəmiyyətlidir. Biz İŞİD-in qalıqlarını təqib etməyə davam edəcəyik. Eyni zamanda, Qlobal Koalisiya ilə koordinasiyada təşkilatın yenidən qruplaşmasının və terror hücumlarının digər ölkələrə yayılmasının qarşısını alacağıq" dedi.
Aytən Yaşar/ Turkustan.az