Türkiyə prezidenti Ərdoğan ilə Gürcüstan Prezidenti Mixail Kavelaşvili arasında telefon danışığı olub.
Turkustan.az xəbər verir ki, Rabitə İdarəsi görüşlə bağlı açıqlama verib:
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə telefon danışığı aparıb.
Görüş zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəmizin təhqiqatı və son hadisələr müzakirə olunub.
Görüş zamanı prezidentimiz Gürcüstanın davamlı səylərdə əməkdaşlığına görə Kavelaşviliyə təşəkkür etdi. Gürcüstan Prezidenti də şəhidlər üçün dövlətimizin başçısına başsağlığı verdi".
Aytən Yaşar/ Turkustan.az