Suriya hökuməti 2014-cü ildə 61 illik Baas rejiminin devrilməsindən sonra ABŞ-ın rəhbərliyi ilə yaradılan İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Suriyadakı səfirliyi ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı paylaşımında Suriyanın İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya qoşulduğunu açıqlayıb.
"Bu, Suriyada və qlobal miqyasda terrorizmlə mübarizə tarixində əlamətdar məqamdır. Suriya rəsmi olaraq İŞİD-i məğlub etmək üçün beynəlxalq koalisiyaya qoşulan 90-cı tərəfdaş oldu", - səfirliyin postunda deyilir.
Beynəlxalq Koalisiya 2014-cü ildə ABŞ-ın rəhbərliyi ilə yarandığı gündən bəri bir çox ölkənin iştirakı ilə Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatlar aparsa da, Suriya hökuməti bu əməliyyatlara rəsmən daxil edilməyib.
Aytən Yaşar/ Turkustan.az