Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizi bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Miranda əyalətinin kənd bölgəsinə səfəri zamanı çıxış edən Maduro ABŞ-ın Venesuelaya yönəlik təhdidlərini sərt tənqid edib.
Maduro ABŞ-ın Venesuelanı və Latın Amerikasını Hollivud filmlərindəki “pis personajlar”la müqayisə etdiyini bildirərək deyib:
“Onlar həyatı pis bir Hollivud filmi kimi görürlər. Rambolar hər şeyi qazanır, biz isə həmişə pis adamlarıq. Onlar bombalayır, öldürür, alçaldırlar, amma özlərini yaxşı adamlar kimi təqdim edirlər. Biz – latın amerikalılar, meksikalılar, kolumbiyalılar, venesuelalılar, kariblilər, afrikalılar – həmişə pis obraz kimi göstərilirik. Lakin biz Allahın qüdrəti və möcüzəsi ilə yenidən doğulduq.”
ABŞ-ın 14 həftədir Karib dənizində Venesuelaya qarşı təzyiqlər göstərdiyini vurğulayan Maduro əlavə edib:
“Onların 15 gəmisi, 2600 raketi, 100 təyyarəsi var. İndi isə dünyanın ən böyük təyyarədaşıyıcısı ‘Gerald Ford’ gəlib. Qrinqolar (ABŞ) nə istəsələr etsinlər, biz sarsılmayacağıq.”
Aytən Yaşar/ Turkustan.az