Şahbaz Şərif: Dünya Azərbaycan igidlərinin qəhrəmanlığını heyranlıqla izlədi


“Azərbaycanın Qarabağdakı qələbəsi suverenlik uğrunda mübarizə aparan xalqlar üçün ümid çırağıdır”.

Turkustan.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın paytaxtı Bakıda İkinci Qarabağ müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxış edib.

Şərif çıxışında Azərbaycanın Qarabağdakı qələbəsini yüksək qiymətləndirərək bildirib:

“Azərbaycanın Qarabağda qazandığı qələbə suverenlik və azadlıq uğrunda mübarizə aparan bütün dünya xalqları üçün ümid çırağıdır. Dünya Azərbaycanın cəsur Silahlı Qüvvələrinin Qarabağı azad etməsini heyranlıqla izləyib.”

Pakistanın hökumət başçısı çıxışına Azərbaycan Prezidenti İlham Əliyevi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayaraq başlayıb:

“Ürəkləri birlikdə döyünən üç qardaş — Pakistan, Azərbaycan və Türkiyə bu gün burada bir aradadır".

Şərif rəsmi paradda Pakistan Silahlı Qüvvələrinin Azərbaycan və Türkiyə ilə bərabər yürüş etməsinin qürur mənbəyi olduğunu bildirərək, bunun “gündən-günə güclənən əbədi dostluğun simvolu” olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ