Azərbaycanla Qazaxıstanın mühüm planı - Tokayev açıqladı


Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün vahid və uzunmüddətli tarif modelinin yaradılması üzərində işləyirlər.

Turkustan.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Avropa biznes dairələri ilə keçirilən birgə "dəyirmi masa"da bəyanat verib.

Onun sözlərinə görə, tərəflər paralel olaraq bir sıra mühüm infrastruktur layihələrini də həyata keçirirlər. Bu layihələr sırasına Xəzər dənizində yük gəmiləri donanmasının genişləndirilməsi, Azərbaycanla birgə dənizdə dibdərinləşdirmə işlərinin aparılması, eləcə də Kurık limanının modernləşdirilməsi daxildir.

Tokayev vurğulayıb ki, bütün bu addımlar Orta Dəhlizin səmərəliliyinin və rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib./modern.az


MANŞET XƏBƏRLƏRİ