ABŞ mediasından Tramp İDDİASI: Böyük əməliyyat hazırlanır


ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tramp administrasiyası Meksikada kartellərə qarşı yeni əməliyyat hazırlayır.

Turkustan.az xəbər verir ki, hesabatda Meksikada quru əməliyyatlarının da yer aldığı əməliyyat planının bir hissəsi olaraq təlimlərə başlanıldığı iddia edilir.

Xəbərdə ABŞ-ın əməliyyat çərçivəsində Meksikadakı narkotik laboratoriyaları və kartelləri hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumları təşkil etməyi planlaşdırdığı, Birgə Xüsusi Əməliyyat Komandanlığı (JSOC) və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) qüvvələrinin də əməliyyata qatılmasının planlandığı iddia edilib.

Əməliyyatın əhatə dairəsi ilə bağlı müzakirələrin davam etdiyi və yekun qərarın hələ verilmədiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ