Mirzoyanın həyat yoldaşı Azərbaycanla danışıqlara CƏLB EDİLDİ


Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında əlaqələrin qurulması üçün komissiyanın tərkibində dəyişiklik edib.

Turkustan.az xəbər verir ki, komissiyaya Baş nazirin müavini Mher Qriqoryan sədrlik edir. Komissiyaya Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan və bir sıra vəzifəli şəxslər daxildir.
Eyni zamanda xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abajyan da komissiyanın tərkibinə əlavə edilib.

Qohar Abajyan bu yaxınlarda İnvestisiyaların Təşviqi Mərkəzi Fondunun direktoru təyin edilib. Komissiyaya yeni gələn digər şəxs ötən il vəzifəsindən azad edilən Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyandır. Andreasyan bu yaxınlarda Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi təyin olunub. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ