Son bir il ərzində Ukraynada ordudan yayınma halları kəskin surətdə artıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Slovo i Delo" nəşri Ukrayna Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, ay ərzində təxminən 17.000-18.000 bu kimi hal qeydə alınıb.
Belə ki, Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri hərbi hissəni özbaşına tərk etmə ilə bağlı 230 mindən çox, fərarilik halı ilə bağlı isə 53 mindən çox cinayət işi açılıb. /axar.az/