ABŞ və Çin liderlərinin görüş yeri bəlli oldu


ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin sabah Cənubi Koreyanın Busan şəhərində təkbətək görüşü olacağı bildirilir.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında bu görüşü açıqlayıb.

Prezident diplomatiyasının Çin-ABŞ münasibətlərində əvəzsiz strateji istiqamətləndirici rol oynadığını vurğulayan sözçüsü Quo bildirib ki, görüş zamanı iki ölkə liderləri ikitərəfli əlaqələr və ortaq maraq doğuran sahələr barədə fikir mübadiləsi aparacaq, strateji və uzunmüddətli məsələlərlə yanaşı, ümumi maraq doğuran əsas məsələləri də hərtərəfli müzakirə edəcəklər.

“Biz bu görüşdən müsbət nəticələr əldə etmək üçün ABŞ tərəfi ilə birgə səylər göstərməyə hazırıq ki, bu da ikitərəfli münasibətlərin sabit inkişafına yeni istiqamət və təkan əlavə edəcək”, - Quo deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ