Rumıniya Müdafiə Nazirliyi müttəfiqlərinə ABŞ-ın Avropanın şərq cinahında yerləşdirilən qoşunların sayını azaltmaq planları barədə xəbərdarlıq edildiyini elan etdikdən sonra NATO və ABŞ səlahiyyətliləri qoşun yerləşdirilməsi ilə bağlı sıx təmasdadır.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” NATO rəsmisinə istinadən məlumat yayıb.
"NATO və ABŞ səlahiyyətliləri bizim ümumi qüvvəmizlə bağlı - NATO-nun güclü çəkindirmə qabiliyyətini və müdafiə qabiliyyətini saxlamasını təmin etmək üçün sıx əlaqə saxlayır və ABŞ səlahiyyətliləri bu düzəliş barədə (qoşunların sayında - red.) NATO-ya əvvəlcədən məlumat veriblər ", - rəsmi çərşənbə günü deyib.
O, Amerika qüvvələrinin sayında düzəlişin qeyri-adi olmadığını deyib və əlavə edib ki, “hətta bu düzəlişlə belə, ABŞ qüvvələrinin Avropada mövcudluğu uzun illər olduğundan daha böyük olaraq qalır”.
Aytən Yaşar/ Turkustan.az