Vladimir Putin Avropanın müdafiə imkanlarını aşağı qiymətləndirir; silahlı münaqişə baş verərsə, Rusiya Avropa və ABŞ-ın birgə səylərinə müqavimət göstərə bilməyəcək.
Turkustan.az xəbər verir ki, bu fikri Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev "Dolqovun bloqu" proqramının efirində bildirib.
"Əsrlər boyu sivilizasiyaya nəzər salsanız, Avropa həmişə ən döyüşkən olub. Ən çox müharibə isə həmişə Avropada olub", - o xatırladıb.
Siyasətçinin fikrincə, Putin kiminlə məşğul olduğunu və münaqişənin kəskinləşəcəyi təqdirdə Avropa və onun müttəfiqlərinin cavabının nə ola biləcəyini dərk etmir.
Çernev qeyd edib ki, hər şey Avropanın yenidən silahlanmasına gətirib çıxarır.
Aytən Yaşar/ Turkustan.az