İsrail ordusu Qəzzada atəşkəs rejiminin bərpa olunduğunu elan etdi


İsrail ordusu dünəndən bəri həyata keçirdiyi şiddətli hücumlardan sonra Qəzza zolağında atəşkəs rejiminin bərpa olunduğunu elan edib.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun sözçüsü açıqlamasında “Həmasın pozuntularını hədəf alan onlarla məntəqəyə silsilə hücumların ardınca, İsrail ordusu siyasi iradənin əmrlərinə uyğun olaraq atəşkəs rejimini yenidən həyata keçirməyə başlayıb”.

Hücumlarında müxtəlif silahlı qruplaşmalardan 30 nəfəri öldürdüyünü iddia edən İsrail ordusu, "atəşkəsə əməl edəcəyini" və hər hansı pozuntuya sərt cavab verəcəyini iddia edib.

İsrail mətbuatının məlumatına görə, atəşkəs yerli vaxtla saat 10:00-da başlayıb.

Bu arada xəbərlərdə HƏMAS-ın Qəzza zolağında ölən iki israilli məhbusun cəsədlərini axşam saatlarında təhvil verəcəyi gözlənilir.

İsrail ordusunun Həmasın atəşkəsi pozduğunu iddia edərək, çərşənbə axşamı axşam saatlarından etibarən Qəzzanın müxtəlif bölgələrinə başlatdığı şiddətli hücumlarda 90-dan çox fələstinli həyatını itirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ