Kansler: Bu mövzuda ABŞ və Çinə icazə verə bilmərik


Almaniya kansleri Fridrix Merz ölkəsinin və Avropanın texnologiyanın gələcəyində aparıcı mövqe tutmasının vacibliyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, Merz bildirib:

“ABŞ və Çinin texnoloji gələcəyi təkbaşına müəyyən etməsinə icazə verə bilmərik.”

Merz qeyd edib ki, Almaniya və Avropa bu gün texnoloji suverenliyə ciddi şəkildə ehtiyac duyur:

“Əgər bu modernləşmə ehtiyacını tez bir zamanda həll etməsək, bu, yalnız ölkəmizin rifahını deyil, həm də təhlükəsizliyimizi və nəticə etibarilə azadlığımızı risk altına qoyacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ