Almaniya: İsrail və HƏMAS arasında atəşkəs davam etməlidir


Berlində keçirdiyi mətbuat konfransında Almaniya hökumət sözçüsü müavini Şteffen Meyer bütün tərəfləri ABŞ prezidenti Donald Trampın 20 bəndlik planını həyata keçirməyə çağırıb.

Turkustan.az xəbər verir ki,planı "bölgədəki vəziyyəti davamlı şəkildə yaxşılaşdırmaq üçün ən yaxşı və bəlkə də qabaqcadan görülə bilən yeganə ciddi yol" olaraq xarakterizə edən Meyer, bu plan çərçivəsində İsrail ilə Həmas arasında əldə edilən atəşkəsin davam etməsi lazım olduğunu da vurğuladı.

"Bu atəşkəs davam etməlidir. Bu, irəliyə doğru yoldur", - Steffen Meyer bildirib.

Meyer uzun müddətdir ki, ilk dəfə olaraq, həqiqətən ümidverici bir yolda olduğumuzu vurğulayaraq, "Biz bütün tərəfləri təkcə iştirak etməyə deyil, həm də razılaşmalara əməl etməyə çağırırıq. Çünki bu, bölgədəki vəziyyəti yaxşılaşdırmağın ən yaxşı yoludur" dedi.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kathrin Deschauer atəşkəsin qorunması üçün səy göstərdiklərini ifadə edərək, "Hərbi dinamizmə qayıdış və gərginliyin hər iki tərəfdəki insanlar üçün böyük nəticələri olacaq" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ