Bu ölkə istirahət üçün gələn İsrail əsgərini ölkədən qovdu


Çexiya Qəzza zolağına və Livana edilən hücumlarda iştirak etdiyi deyilən İsrail əsgərini Fransanın verdiyi həbs qərarı əsasında Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında saatlarla saxladıqdan sonra deportasiya edib.

Turkustan.az xəbər verir ki, İsrailin “Yediot Ahronot” qəzetinin məlumatına görə, adı açıqlanmayan ehtiyatda olan əsgər “Fransa hakimiyyəti heç vaxt Fransaya səfər etməməsinə baxmayaraq, onun barəsində həbs orderi verib” və dünən Çexiyaya buraxılmadığını bildirib.
Əsgər aylarla hərbi xidmətdən sonra tətil üçün həyat yoldaşı ilə Praqaya getdiyini, lakin "ona cinayətkar kimi davranıldığını və 15 saatlıq müddətdən sonra İsrailə qayıtmalı olduğunu" bildirib.

Məlumata görə, Fransa xəbərdarlığının bütün Şengen bölgəsində etibarlı olduğu və hərbçilərin hər hansı üzv ölkəyə daxil olmasına mane olduğu üzə çıxıb.

İsrail Xarici İşlər Nazirliyinin məsələyə müdaxilə etdiyi, lakin bunun səbəbin “hərbi xidmətlə bağlı olmadığını” iddia etdiyi bildirilir

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ