Pakistan və Ermənistan arasında parlamentlər səviyyəsində nə zaman əlaqə qurulacağı açıqlanıb.
Turkustan.az bildirir ki, bu barədə APA-ya eksklüziv açıqlamasında Pakistan İslam Respublikası Senatının sədri Yusuf Reza Gilani deyib.
“Biz Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edirik, hər iki ölkə də Ermənistanla yaxşı münasibətlər qurmağa razılıq verib. Bizim Ermənistanla münasibətlərimiz Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərindən asılıdır. Ermənistan və Pakistan parlamentləri arasında hazırda münasibət qurulmayıb. Ancaq sülh danışıqları başa çatdıqdan sonra biz bu barədə düşünəcəyik”, – deyə Pakistan İslam Respublikası Senatının sədri bildirib.