Bakıya görə Mirzoyanı döyən erməni idmançıya hökm oxundu


İrəvan Cinayət Məhkəməsi Ermənistan Milli Məclisinin o vaxtkı sədri (hazırkı Ermənistan xarici işlər naziri) Ararat Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilən Torqom Asatryan barəsində hökmü elan edib.

Turkustan.az globalinfo.az-a istinadən xəbər verir ki, Asatryan 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ararat Mirzoyana qarşı zorakılıq epizodu ilə bağlı “MMA” çempionu Torqom Asatryan təqsirləndirilən şəxs qismində tutulmuşdu.

Xatırladaq ki, A.Mirzoyan 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə, Nikol Paşinyan noyabrın 9-da üçtərəfli bəyanatı imzaladığı zaman döyülmüşdü. İş üzrə təqsirləndirilən Torqom Asatryan özünü təqsirli bilmir.


MANŞET XƏBƏRLƏRİ