Tramp-Putin görüşü buna görə pozuldu - Zaxarova ilk dəfə açıqladı


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, “uydurma mənbələr həqiqi məlumat mənbələrini əvəz edib, sitatlar isə şüarlara çevrilib” və yeganə meyar qlobal elitanın müəyyən hissəsinin maraqlarına xidmət edib.

Turkustan.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova “Saxta xəbərlər üzrə dialoq 3.0” forumunda qeyd edib ki, planlaşdırılan Rusiya–Amerika təmasları yanlış məlumatlar, sızmalar və Qərb mediasındakı anonim mənbələr səbəbindən pozulub.

“Biz Rusiya–Amerika təmasları ilə bağlı bunu açıq şəkildə gördük: təmaslar hələ reallaşmamış, dərhal sızmalar, adı açıqlanmayan mənbələr və anonim sosial media hesablarından ənənəvi media qurumlarına yayılan xəbərlər başladı”, – diplomat vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ