NATO Litvanın hava məkanını pozan helium şarları ilə mübarizəsini tam dəstəkləyir, alyansın hava və quru qüvvələrini bu ölkəyə cəlb etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte X-də yazıb.
"Litva Prezidenti Gitanas Nauseda ilə Litva hava məkanındakı təhdidlər barədə danışdım. NATO hazırda İspaniya və Macarıstanı əhatə edən hava patrulu missiyası və Almaniyanın rəhbərlik etdiyi döyüş qrupu da daxil olmaqla, Litvaya dəstəyini qətiyyətlə davam etdirir", - Rutte yazıb.
Qeyd edək ki, Litva ölkə ərazisinə Belarusdan olan qaçaqmalçılar tərəfindən helium şarlarının buraxıldığını bildirmişdi. /axar.az/