Almaniya kansleri Merz Türkiyəyə səfər edəcək


Almaniya kansleri Merz sabah Türkiyəyə rəsmi səfər edəcək.

Turkustan.az xəbər verir ki, prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Duran oktyabrın 30-da Prezident Külliyesində keçiriləcək görüşlərdə Türkiyə-Almaniya münasibətləri, Avropa Birliyinə üzvlük prosesi və qlobal məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

Duran NSosyal hesabında aşağıdakı məlumatları paylaşıb:

Almaniya Federal Kansleri Fridrix Merz prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 29-30 oktyabr 2025-ci il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. Oktyabrın 30-da Prezident Kompleksində keçiriləcək danışıqlarda Türkiyə-Almaniya münasibətlərinin bütün aspektləri müzakirə olunacaq.İki müttəfiq olaraq müxtəlif sahələrdə, o cümlədən Avropa Birliyinə üzvlük prosesimiz, qlobal və regional təhlükəsizlik çağırışları ilə bağlı əməkdaşlığımızı gücləndirəcək addımları dəyərləndirməyimiz gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ