“Ukrayna bu torpaqları heç vaxt geri ala bilməyəcək” – Krozetto


Ukrayna itirdiyi torpaqları artıq geri qaytara bilməyəcək.

Turkustan.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto deyib.

Nazirin sözlərinə görə, Moskava bu torpaqlardan heç vaxty imtina etməyəcək, Kiyev isə onları geri almaq gücündə deyil. “Hətta bizim köməyimizlə belə”, – o əlavə edib.

“Hamı anlayır ki, 2014-cü ildə və 2022-ci ilin fevralından sonra itirilən Ukrayna ərazilərini geri almaq mümkün deyil. Rusiya bu torpaqları heç vaxt verməyəcək”, — Krozetto qeyd edib.

Nazir bildirib ki, Ukrayna özü qərar verməlidir: onun üçün ən böyük itki nədir — torpaqları itirmək, yoxsa daha da ağırlaşa biləcək müharibəni davam etdirmək?! /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ