Netanyahunun korrupsiya işi üzrə məhkəmə iclaslarının sayı artırılır


İsrail məhkəmələrinin baş nazir Benyamin Netanyahuya qarşı korrupsiya işi ilə bağlı həftədə dörd iclas keçirəcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı KAN dövlət televiziyasının xəbərində məlumat verilib.

Məhkəmənin əvvəllər həftədə iki və ya üç iclas keçirdiyi, lakin gələn aydan etibarən iclasların həftədə dördə qədər artırılacağı bildirilirdi.

Qeyd olunub ki, Netanyahunun müdafiə komandası həftədə dörd dəfə olmaqla iclas cədvəlinə qarşı çıxıb və onların iclasların sayının azaldılması tələbi məhkəmə tərəfindən rədd edilib.

Yedioth Ahronot xəbər verir ki, baş hakim Rivka Fridman Feldman da müdafiə qrupunun Netanyahunun dörd iclasdan üçündə iştirak etməsi tələbini rədd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ