Qaz idxalının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin 70%-i artıq təmin edilib.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərlə söhbəti zamanı istilik mövsümündə qaz idxalının maliyyələşdirilməsi məsələsinə toxunub.
“Hazırda qaz yalnız idxal hesabına təmin edilə bilər və bu da birbaşa maliyyə dəstəyindən asılıdır. Qaz, istilik üçün əsas resursdur. Biz tələb olunan vəsaitin təxminən 70 faizini tapmışıq. Hökumət qalan məbləğin də tam şəkildə təmin olunması üçün çalışacaq”, – Zelenski bildirib.
Dövlət başçısı həmçinin elektrik enerjisi ilə bağlı vəziyyətə də münasibət bildirib:
“Elektrik enerjisi ilə bağlı demək olar ki, bütün bölgələrdə bərpa işləri davam edir. Ən ağır vəziyyət Sumı vilayətində, xüsusilə Şostka şəhərində müşahidə olunur,” – o qeyd edib.
Prezident əlavə edib ki, hava hücumundan müdafiə raketlərinin kifayət qədər olması itkiləri əhəmiyyətli dərəcədə azalda bilər:
“Bizim bəzi raketlərlə bağlı problemlərimiz var idi, indi bu məsələni yenidən gündəmə gətirmişik. Daim mübarizə aparırıq – özümüzü müdafiə edirik, məhv edirik, bərpa edirik,” – deyə Zelenski vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az