Gilbert: Qəzzada soyqırımı dayandırmaq üçün daha çox iş görülməlidir


“Qəzzadakı soyqırıma susmaq bəşəriyyətin sonu deməkdir”.

Turkustan.az xəbər verir ki, Qəzzada uzun illər təcili tibbi yardım üzrə fəaliyyət göstərmiş norveçli professor Mads Gilbert, “Qəzza Məhkəməsi”nin yekun iclası üçün İstanbula səfəri zamanı açıqlama verib.

Gilbert bildirib ki, İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərə qarşı daha ciddi addımlar atılmalıdır:
“Qəzzada soyqırımı dayandırmaq üçün daha çox iş görülməlidir. Bu məsələdə susmaq – bəşəriyyətin sonu demək olacaq.”

O, Qəzza Tribunalının “İsrail Qəzza xalqına qarşı soyqırım törədir” qərarını yüksək qiymətləndirərək, bu qərarın beynəlxalq ictimaiyyət üçün güclü mesaj olduğunu qeyd edib:
“Bu, vicdanı olan bütün insanlara çağırışdır – daha çox, daha cəsarətli addımlar atmaq lazımdır.”

Gilbert İsrailin iki ildir Qəzzada, o cümlədən səhiyyə işçiləri arasında mülki şəxsləri hədəf aldığını xatırladaraq deyib:
“Bu, insanlığın sonu deyil, amma biz hamımız – xüsusilə də buna icazə verənlər, başda ABŞ olmaqla – ciddi təhdidlə üz-üzəyik.”

Sonda Gilbert xəbərdarlıq edib:
“İsrailin bu təcavüzü bütün bəşəriyyət üçün təhlükədir. Əgər buna göz yumsalar, növbəti kim olacaq? Türkiyə, Norveç, yoxsa Livan?”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ