Kremldən Makronun göndərdiyi muzdlularla bağlı REAKSİYA


Xarici Kəşfiyyat Xidmətinin Fransanın Ukraynaya göndərilməsi üçün hərbi kontingent hazırlaması ilə bağlı xəbərləri həyəcan doğurur.

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, xarici muzdluların təmas xəttində çoxdan olduğunu və rus qoşunlarının onları məhv etdiyini vurğulayıb.

"Qoşunlarımız təmas xətti boyunca öz radiolarında daim əcnəbi nitq və dilləri dinləyir. Bu o deməkdir ki, orada əcnəbilər var və biz onları aradan qaldırırıq", - Kremlin sözçüsü şərh edib.

Qeyd edək ki, Kremlin reaksiyası Xarici Kəşfiyyat Xidmətinin Parisin Ukraynaya 2000-ə qədər hərbçidən ibarət hərbi kontingenti yerləşdirməyə hazırlaşdığı barədə hesabatından sonra gəlib./publika.az


MANŞET XƏBƏRLƏRİ