İsrail HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edir


İsrail HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edir və Qəzzada əks tədbirlər hazırlayır.

Turkustan.az xəbər verir ki, İsrail hökumətinin HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək , ABŞ-ın təsdiqi ilə Qəzzaya qarşı əks tədbirlər görməyə hazırlaşdığı bildirilir .

Dünən təhvil verilən cəsədin İsrail ordusunun 2023-cü ilin dekabrında Qəzza zolağında tapdığı əsir Ofir Tzarfatinin qalıqları olduğunu iddia edən İsrail Həmas-ı atəşkəsi pozmaqda ittiham edir.

Baş nazir Benyamin Netanyahu, "atəşkəsin pozulması" iddiasına cavab olaraq atılacaq addımları müzakirə etmək üçün təhlükəsizlik rəsmiləri ilə görüş keçirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ