Türklərə qapını bağlayan ölkə nazir Fidanın çağırışından sonra geri çəkildi


Ötən şənbə axşam saatlarında Podqoritsanın Zabjelo rayonunda Türkiyə vətəndaşlarının iştirak etdiyi və bir nəfərin bıçaqla yaralandığı hadisədən sonra bölgədə Türkiyə vətəndaşlarına qarşı etiraz aksiyaları və zorakılıq aktları baş verib.

Turkustan.az xəbər verir ki, rəsmi açıqlamalarda və mətbuatda birbaşa olaraq “Türkiyə vətəndaşı” kimi iştirak edənlərə istinad edilməsi və bəzi radikal Çernoqoriya siyasətçilərinin Türkiyə vətəndaşları haqqında söylədiyi fikirlər gərginliyi daha da artırdığından, ötən gecə Türkiyə vətəndaşlarına məxsus bizneslərə qarşı yanğınlar baş verib.

Monteneqro hökuməti də dünən son hadisələr fonunda təhlükəsizlik səbəbiylə Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Xarici İşlər Nazirliyindən alınan məlumata görə, nazir Hakan Fidan Monteneqronun baş naziri Miloyko Spajiç və Monteneqronun baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç ilə telefon danışığı aparıb.

Fidan Türkiyə vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının qorunması üçün lazımi tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib. Monteneqro tərəfi bu məsələ ilə bağlı təminat verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ