Azərbaycan və Türkiyə liderləri İrəvandakı sammitdə iştirak edəcək?


“Əgər onlar Azərbaycan və Türkiyə dövlət başçılarının Avropa Siyasi Birliyinin İrəvanda baş tutacaq sammitində iştirakını Ermənistan üçün uğur hesab edirlərsə, bu uğuru qazanmağa layiq olmalıdırlar”.

Bu sözləri “Yeni Sabah”a politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın sammitə iştirakı Ermənistan gələcək siyasətindən asılıdır:

“Nikol Paşinyan liderlərin tədbirdə iştirakı üçün lazımi addımlar atmalıdır. İndi hər şey Ermənistanın siyasətindən asılıdır. Əgər görsək ki, normallaşma istiqamətində növbəti addım atmaq ehtiyacı var, təbii ki, o atılacaq. Sadəcə şərait yaranmalıdır”.

T. Zülfüqarov diqqətə çatdırıb ki, Ermənistanın dövlət başçısı gedib Nyu-Yorkda Azərbaycana qarşı tənqidi fikirlər səsləndirib:

“Hər şey göz qabağındadır. Ermənilər yenə köhnə oyunlara əl atır və təbii ki, bu halda sammitə nə Azərbaycan, nə də Türkiyə qatılmayacaq. Seçim öz əlimizdədir. Məntiq çox sadədir: əgər İrəvan Əgər onlar Azərbaycan və Türkiyə dövlət başçılarının Avropa Siyasi Birliyinin İrəvanda baş tutacaq sammitində iştirakını Ermənistan üçün uğur hesab edirlərsə, bu uğuru qazanmağa layiq olmalıdırlar”.

Xatırlatma: Azərbaycan və Türkiyə prezidentləri gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana dəvət olunublar. Bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib. O, dəvətin hələlik şifahi şəkildə çatdırıldığını qeyd edib.

Nazim Hacıyev


MANŞET XƏBƏRLƏRİ