“Azərbaycan üzərindən yeni marşrut Qazaxıstandan buğda idxalını xeyli ucuzlaşdırır”.
Turkustan.az xəbər verir ki, bu fikirləri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Nazirin sözlərinə görə, əvvəllər nəqliyyat xərclərinə görə buğdanın qiyməti 280 dollara qədər yüksəlirdi, lakin Bakı üzərindən birbaşa keçid daha ucuz və səmərəli həll hesab olunur.
Papoyan vurğulayıb ki, kommunikasiyaların tam açılmasından sonra Qazaxıstan–İcevan birbaşa dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Ermənistan daha cəlbedici tranzit mərkəzinə çevriləcək./Globalinfo.az