Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin yeni müharibəyə hazırlaşdıqlarını gizlətmədiyini bəyan edib.
Turkustan.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Alyaskada keçirilən sammitdə işlənib hazırlanmış prinsiplərə sadiq qalacağına ümid etdiyini bildirib və "Bu prinsiplər Amerikanın təşəbbüsü ilə hazırlanıb" deyib.
Lavrov Belarusda keçirilən Avrasiya təhlükəsizliyi üzrə 3-cü Minsk Beynəlxalq Konfransında iştirak edib.
Konfransda çıxış edən Lavrov Avrasiya regionunun çoxqütblü dünya nizamının geosiyasi mərkəzinə çevrildiyini bildirərək, "Burada başlayan proses beynəlxalq əlaqələrə də öz təsirini göstərməkdədir. Avrasiya qitəsində eyni vaxtda bir neçə müstəqil sivilizasiya mərkəzi güclənir. Bu mərkəzlər dünyanın əksər hissəsini təmsil edir" dedi.
Lavrov NATO və Avropa Birliyi (AB) ölkələrinin hərəkətlərini tənqid edərək, "Qərb Rusiya və Belarusun qərbində yeni böyük Avropa müharibəsi üçün hazırlıq gördüklərini və bu məqsədlə koalisiya qurduqlarını gizlətmir" dedi.
Aytən Yaşar/ Turkustan.az