Şamaxıda qadın və gənclər üçün sahibkarlıq təlimi keçirilib - FOTOLAR


Şamaxıda qadınlar, gənclər, kiçik və orta biznes nümayəndələri üçün sahibkarlıq bacarıqlarının inkişafına həsr olunan növbəti təlim mərhələsi uğurla başa çatıb.

QHT.az xəbər verir ki, təlimlər İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən həyata keçirilən “Azərbaycanda Dayanıqlı Yaşıl İnkişaf: Sirkulyar İqtisadiyyat Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində təşkil olunub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılır.

Təlimlərin əsas məqsədi sahibkar olmaq istəyən və artıq fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarını artırmaq, dayanıqlı biznes təcrübələrini və dairəvi iqtisadiyyat prinsiplərini təşviq etmək, eləcə də yerli icmalarda inklüziv iqtisadi artıma dəstək göstərməkdir.

Layihə Füzuli və Şamaxı rayonlarını əhatə edir və KOB-ların, qadınların və gənclərin iqtisadi fəallığının artırılmasına yönəlib. Bu təşəbbüs Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafın təşviqinə mühüm töhfə verir.


MANŞET XƏBƏRLƏRİ