Ukrayna prezidenti Vladimir Zelenski ABŞ, İsveç və Fransadan F-16, Gripen və Rafale kimi 250 döyüş təyyarəsi almaq üçün səylərini davam etdirdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsindəki son hadisələri dəyərləndirib.
Rusiya ordusunun ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini bildirən Zelenski, hava hücumundan müdafiə imkanlarını artırmaq üçün çalışdıqlarını bildirib.
Zelenski rusların əsasən “Şahed” tipli pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum etdiyini, xüsusən də “Şahedlər”in getdikcə daha təhlükəli olduğunu bildirib.
Zelenski həmçinin qeyd edib ki, onlar müttəfiq ölkələrdən döyüş təyyarələri almaq üçün intensiv səylərini davam etdirirlər.
Bu yaxınlarda İsveç və Ukrayna arasında 100-dən çox Gripen döyüş təyyarəsinin satışını ehtiva edən niyyət məktubunun imzalandığını xatırladan Zelenski gələcək üçün hava qüvvələrini gücləndirmək istədiklərini vurğuladı.
Aytən Yaşar/ Turkustan.az