Tramp: Putinlə görüşü ləğv etdim, mənə düzgün görünmədi


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırdığı görüşü ləğv etdi.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp NATO-nun baş katibi Mark Rutteni Ağ Evdə qəbul edərkən mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.

Ləğv edilməsi gözlənilən Rusiya prezidenti Putinlə zirvə ilə bağlı Tramp: "Prezident Putinlə görüşü mənə uyğun gəlmədiyi üçün ləğv etdim. Oraya çata biləcəyimizi düşünmürdüm. Ona görə də onu ləğv etdim, amma gələcəkdə olacaq" dedi.

Rusiya və Ukraynanın razılığa gələ bilməməsindən böyük məyus olduğunu ifadə edən Tramp iqtisadi sanksiyalarla Moskvaya daha sərt mesajlar verəcəklərini eyham edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ