ABŞ-nin “Green Card” (Yaşıl Kart) lotereyası üzrə qeydiyyat prosesi gecikir. Rəsmi qeydiyyatın nə vaxt başlayacağı barədə dəqiq tarix hələlik məlum deyil.
Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ-nin Azərbaycandakı səfirliyindən Oxu.Az-ın sorğusuna cavab verilib.
Bildirilib ki, federal hökumətin fəaliyyətini dayandırdığı dövrdə (şatdaun) ABŞ hökumətinin bir çox vacib olmayan xidmətləri müvəqqəti olaraq dayandırılır:
“Yaşıl Kart lotereyası ilə bağlı məlumat almaq üçün hökumət fəaliyyətini bərpa etdikdən sonra yenidən müraciət etmək lazımdır”.
Qeyd edək ki, 2025-ci il oktyabrın 1-də ABŞ federal hökuməti 2026-cı maliyyə ilinin həmin gün başlamasına baxmayaraq Konqresin müvafiq maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməməsi səbəbilə yerli vaxtla saat 00:00-da fəaliyyətini dayandırıb.