Tramp Putinlə razılaşmanı Zelenskiyə tətbiq etməyə çalışır.
Turkustan.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna müharibəsinin sonlandırılmasına dair razılığa gəlib və bu razılaşmanı Ukrayna prezidenti Vladimir Zelenskiyə “tətbiq etmək” niyyətindədir.
Borrell bu fikirləri İspaniyanın Prisa media qrupunun Barselonada təşkil etdiyi konfransda səsləndirib.
“Düşünürəm ki, Tramp və Putin arasında bir razılaşma var və Trampın məqsədi bunu Zelenskiyə qəbul etdirməkdir. Tramp bunu avqust ayında, Zelenski Ağ Evdə olarkən etmədi, çünki həmin vaxt ətrafında onu dəstəkləyən bir çox avropalı lider var idi. Amma görünür ki, bunu 17 oktyabr görüşündə etməyə çalışıb”, – deyə Borrell vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az