İsrailin yuxularını qaçıracaq görüntü! Türkiyə işə qarışdı


İsrail və HƏMAS arasında əldə olunan atəşkəsdən sonra Qəzzada yenidənqurma işlərinə başlanılıb.

Turkustan.az xəbər verir ki, Türkiyə də işlərdə fəal rol aldı və Qəzzada Türk bayrağını dalğalandıran inşaat texnikası İsraili narahat etdi.

İsrail mediası bu görüntülərin Türkiyənin Qəzzada yenidənqurma prosesində fəal iştirak etməsinin və regional təsirini artırmasının ilk əlaməti olduğunu vurğulayır.

“Maariv” qəzeti Qəzzada Türkiyə bayrağı altında dalğalanan inşaat texnikasının aktiv şəkildə fəaliyyət göstərdiyini yazıb və Türkiyənin həm diplomatik, həm də iqtisadi baxımdan ilk üstünlüyünü əldə etdiyini qeyd edib. Hesabatda qeyd olunub ki, Ankaranın yerlərdə sürətli hərəkəti onun regional təsirini və diplomatik gücünü dünyaya nümayiş etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ