Bekayi: ABŞ-la danışıqlara hazırıq, ancaq tələblər çoxdur


İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi paytaxt Tehranda Xarici İşlər Nazirliyinin binasında keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini dəyərləndirib.

Turkustan.az xəbər verir ki, Tehranın vasitəçilər vasitəsilə ABŞ ilə mesaj mübadiləsini davam etdirdiyini, lakin bu təmasların rəsmi danışıqlar kimi şərh edilməməsi lazım olduğunu bildirən Bekayi, ABŞ-ın davam edən “həddindən artıq tələblərinin” yeni danışıqlara maneə olduğunu bildirib.

Misirin İran və ABŞ arasında yeni vasitəçi kimi ortaya çıxıb-çıxmaması ilə bağlı suala Bekayi bildirib ki, İran və ABŞ arasında təmaslar vasitəçilərlə davam edir, lakin bu, danışıqlarda yeni mərhələyə qədəm qoyduğu anlamına gəlmir.

Hər iki tərəfin bir-birinin hüquqlarına hörmət etməli olduğunu deyən Bekayi, bərabər şərtlər olmadan danışıqların şəkil almayacağını qeyd edib.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff-un "İrandan telefon zəngi aldığı" iddiası ilə bağlı sualı cavablandıran Bekayi, "Əlaqələr vasitəçilər vasitəsilə aparılır. Hazırda danışıqlar mərhələsində deyilik. Nə qədər ki (ABŞ-ın) həddindən artıq gözləntiləri və tələbləri davam edəcək, danışıqlara və güzəştə əsas olmayacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ