Aİ 2028-ci ildə Rusiyadan qaz idxalını dayandıracaq


Avropa İttifaqına (Aİ) üzv ölkələr 2028-ci ilin əvvəlinə qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının tamamilə dayandırılması planını dəstəkləyib.

Turkustan.az xəbər verir ki, Avropa Şurası Lüksemburqda keçirilən iclasda üzv ölkələrin energetika nazirlərinin Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması qaydaları ilə bağlı konsensus əldə etdiklərini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, üzv dövlətlər Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı tənzimləmə layihəsi ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlara dair mövqelərini müəyyən ediblər.

Planın Rusiyadan enerji asılılığına son qoymaq üçün hazırlandığını xatırladan açıqlamada, "Təklif edilən tənzimləmə, Rusiyadan boru kəməri qazı və LNG idxalına qanuni olaraq məcburi mərhələli qadağa təqdim edir. Bu çərçivədə 1 yanvar 2028-ci il tarixindən etibarən Rusiya qazına tam qadağa tətbiq ediləcək" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ