Prezident Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında cümə günü Ağ Evdə keçirilən görüşdən sonra Polşanın baş naziri Donald Tusk Rusiyanın təcavüzünə qarşı Avropanın Ukrayna ilə həmrəyliyinin müstəsna əhəmiyyətini vurğulayıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb .
“Dünən Ağ Evdə prezident Zelenski ilə Avropa liderləri arasında keçirilən danışıqlardan sonra bir şey tamamilə aydın oldu: Rusiyanın təcavüzünə qarşı Avropanın Ukrayna ilə həmrəyliyi bu gün hər zamankindən daha vacibdir”, - Task qeyd edib.
Prezident Vladimir Zelenski Ağ Evdəki danışıqlardan sonra Avropa liderləri ilə söhbətinin əsas mövzularının təhlükəsizlik zəmanətləri və “İstəyənlərin Koalisiyası ” olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az