Paşinyan: “...mənim səhvlərimi təkrarlamayın"


Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində erməni tarixindən çıxarılmalı dərslər barədə danışıb və keçmiş səhvlərin təkrarlanmaması üçün “oxumaq, öyrənmək və tarixdən nəticə çıxarmaq” çağırışı edib.

Turkustan.az xəbər verir ki, Paşinyan çıxışında bildirib:

“Tariximiz bizə deyir: mənim səhvlərimi təkrarlamayın. Bunun qarşısını almaq üçün biz oxumalı, öyrənməli və öz tariximizi dərindən dərk etməliyik.”

O vurğulayıb ki, “Real Ermənistan” ideologiyası“Dördüncü Respublika” konsepsiyası məhz erməni xalqının tarixi təcrübəsindən və keçdiyi yollardan qaynaqlanır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ