Tramp bu əraziyə qoşun yeridir: Ali Məhkəməyə müraciət olundu


ABŞ prezidenti Donald Trampın administrasiyası İllinoys ştatının Çikaqo şəhərinə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi üçün icazə tələb edərək Ali Məhkəməyə müraciət edib.

Turkustan.az xəbər verir ki, Federal hakim Milli Qvardiya qoşunlarının İllinoys ştatına göndərilməsini iki həftə təxirə saldıqdan sonra ABŞ administrasiyası məsələni Ali Məhkəməyə qaldırıb.

Ali Məhkəmədən Çikaqoya qoşun yeridilməsinə icazə verilməsini tələb edən administrasiya, aşağı instansiya məhkəməsinin qərarının "prezidentin səlahiyyətinə qeyri-düzgün müdaxilə etdiyini və federal personalı lüzumsuz şəkildə təhlükə altına atdığını" iddia etdi.

ABŞ-da federal hakim oktyabrın 10-da prezident Donald Tramp administrasiyasının Milli Qvardiya qoşunlarını İllinoys ştatına yerləşdirmək qərarını iki həftə müddətinə bloklayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ