Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun bugünkü iclasında Ramşteyn formatında 19 ölkənin nümayəndələri Ukraynaya yeni hərbi yardım paketləri verməyə hazır olduqlarını bildiriblər.
Turkustan.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Ukraynada keçirilən Müdafiə Məsələləri üzrə Təmas Qrupunun 31-ci iclasından sonra jurnalistlərə deyib, lakin detalları açıqlamayıb.
Rutte deyib: “NATO Ukraynanı mübarizədə dəstəkləmək, onu bu gün mümkün qədər güclü etmək, beləliklə, bütün müttəfiqlər, o cümlədən NATO üzvü olmayan tərəfdaşlarımız Ukraynanı bütün mümkün, unikal öldürücü və qeyri-öldürücü silahlarla, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə üstünlük verir”.
Aytən Yaşar/ Turkustan.az