Paşinyandan sirli paylaşım – “Bağışla məni, sevgilim” – VİDEO


Ermənistanın Baş naziri Nikol Paşinyan “Telegram” kanalında bir video yayımlayıb.

Turkustan.az “Publika.az”a istinadla xəbər verir ki, videoda o, Zemfiranın “P.M.M.L.” adlı mahnısı fonunda düşüncəli şəkildə masa arxasında oturur.

Görüntüdə siyasətçi ağ köynək və qalstukda, ehtimal ki, iş kabinetindədir. O, bir neçə telefonun olduğu yazı masasının arxasında kresloda oturur. Arxa planda kitablarla dolu şkaf görünür. Baş nazir qarşıya baxaraq mahnını dinləyir və “Bağışla məni, sevgilim” sözləri səslənəndə baxışlarını kameraya yönəldir.

“Hamınıza xoş səhər və uğurlu gün arzulayıram”, — deyə hökumət başçısı videonu paylaşarkən qeyd edib.


MANŞET XƏBƏRLƏRİ