Türk əsgərləri Qəzzaya gedir? Ərdoğan bunu ilk dəfə açıqladı!


Prezident Rəcəb Tayyib Ərdoğanın “Biz də Qəzza əməliyyat qrupunun bir hissəsi olacağıq” bəyanatından sonra Milli Müdafiə Nazirliyindəki mənbələrdən diqqətçəkən açıqlamalar gəlib.

Turkustan.az xəbər verir ki, nazirlik mənbələri Prezidentin açıqlamasını şərh edərək bildiriblər:

“Türkiyə Silahlı Qüvvələri (TSK) beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə müxtəlif coğrafiyalarda, fərqli təşkilatların çərçivəsində yaradılmış çoxsaylı missiyalarda uğurla iştirak edib. Peşəkarlığı və texniki imkanları ilə TSK bütün tərəflərin rəğbətini qazanıb. Sülhün təmin olunması və qorunması üçün veriləcək istənilən vəzifəyə yerinə yetirməyə tam hazırdır".

Mənbələr əlavə ediblər ki, Türkiyə Silahlı Qüvvələri sülhməramlı missiyalarda uzun illər ərzində qazandığı təcrübə ilə seçilir və Qəzzada mümkün əməliyyatda iştirak etməyə də hazırdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ