Tehran sanksiyalara qarşı diplomatik strategiyasını açıqladı


İran hökuməti BMT sanksiyalarına qarşı regional diplomatiyanı gücləndirəcək.

Turkustan.az xəbər verir ki, İran hökumətinin sözçüsü Fatma Mühacirani bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq hökumət qonşu ölkələrlə regional diplomatiyanı və Asiya, xüsusilə də Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Tehranda keçirilən mətbuat konfransında çıxış edən Mühacirani qeyd edib ki, İran sanksiyaların qarşısını almaq üçün bütün diplomatik imkanlarını səfərbər edib:
“Hökumət sanksiyaların qarşısının alınması üçün müxtəlif ssenarilər hazırlamışdı və bu gün üçün konkret planlar mövcuddur.”

O vurğulayıb ki, sanksiyalarla mübarizə çərçivəsində atılan əsas addımlardan biri də regional əməkdaşlığın gücləndirilməsidir:
“Qonşu ölkələrlə əlaqələrin inkişafı artıq ölkənin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Buna paralel olaraq, Asiya ölkələri və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın dərinləşdirilməsi gündəmdədir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ