HƏMAS-İsrail danışıqlarında kritik 48 saat: Hər şey bəlli olacaq!


Misirdə Həmas ilə İsrail heyətləri arasında məhbus mübadiləsinin detallarını müzakirə etmək üçün keçirilən dolayı danışıqlarda İsraili kritik 48 saat gözlədiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, Misirin Şarm əl-Şeyx şəhərində ABŞ prezidenti Donald Trampın Qəzza planı çərçivəsində İsrail və HƏMAS nümayəndə heyətləri arasında dolayı danışıqlar aparılır.

İsrailin "i24 news" kanalı adı açıqlanmayan bir İsrail rəsmisinə istinadən yazıb ki, "danışıqlarda kritik 48 saatla üz-üzəyik".

İsrailin dövlət televiziya kanalı KAN bildirib ki, “həm İsraildə, həm də ABŞ-da müsbət atmosfer hökm sürür və gələn bazar gününə qədər razılıq əldə oluna bilər”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ