Zelenski-Merz görüşü: Ukrayna Almaniyadan bu raketləri istəyir


Zelenski və Merz Ukraynanın hava hücumundan müdafiəsini müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Almaniya Federal Kansleri Fridrix Merzlə Kopenhagendə keçirdiyi görüş zamanı Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələsini müzakirə edib. Bu barədə dövlət başçısı "Telegram" hesabında məlumat verib.

“Almaniya kansleri Fridrix Merzlə görüşdə əsas ehtiyaclarımız barədə qısa məlumat verdim. Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, xüsusən də Patriot sistemləri və raketlərin tədarükü, PURL təşəbbüsünün həyata keçirilməsi, Ukraynanın müdafiəsi və bərpası üçün dondurulmuş Rusiya aktivlərindən istifadə və təhlükəsizlik zəmanətləri məsələlərini müzakirə etdik”, – Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ