Zelenski: Artıq her şeyin Trampın qərarından asılıdır!


Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan Ukraynaya mümkün uzaqmənzilli silahların ötürülməsinin prezident Donald Trampın qərarından asılı olacağını bildirib.

Turkustan.az xəbər verir ki, o, bu barədə Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci sammitindən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Sonuncu dəfə (ABŞ prezidenti ilə) həqiqətən məhsuldar, çox məhsuldar dialoq apardıq. Uzaqmənzilli silah sistemləri barədə danışdıq. Hər şeyi zaman göstərəcək – bu, onun qərarından asılı olacaq”, – deyə, Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ